Xırdalan qəsəbəsində qadın hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sultanova Səidə Ramin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.