21 noyabr 2019-cu il tarixində ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının təşkilatçıları Azərbaycan Fransız İnstutunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən Bakı Fransız Liseyinin şagirdləri ilə ANIMAFILM Festivalının əks səda tədbirini keçirib. Tədbirdə Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundov iştirak edirdi. O cizgi filmlərinin çəkiliş prosesini əyani şəkildə izah etdi.
Uşaqlar II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak etmiş Fransız və Azərbaycan rejissorların qısametrajlı animasiya filmlərini izlədilər. Görüşdə həmçinin Azərbaycan animasiya filmləri olan “Tıq-Tıq xanım” və “Tırtılın arzusu” nümayiş olundu. Uşaqlar, “İron Me”, “Le Mans 1955”, “How a song saved a species” filminin rejissorlarına film haqqında öz təəssüratlarını məktub şəklində yazdılar.
Xatırladaq ki, 2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18-20 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilib. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edib. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya toplamaq, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.
Echo of ANIMAFILM Festivalının
The organizers of the 2nd ANIMAFILM Festival held an event titled Echo of ANIMAFILM in Baku French Lycéehas with the support of the French Institute and Ministry of Culture of Azerbaijan. The event was attended by well-known Azerbaijani animation director Elchin Hami Akhundov. He took this opportunity to explain the process of creating animated films to the students.
Children watched short animated films by French and Azerbaijani directors, who participated in the 2nd ANIMAFILM Festival. At the meeting Azerbaijani animated films were shown: "Tig-Tig Khanim" and "Dream of a Pillar". The children wrote their impressions from them films "Irone Me", "Le Mans 1955", "How a Song Saved a Species".
2nd Baku International Animation Festival was held on October 18-20, 2019 in Baku. During three days, the festival presented dozens of local and foreign animated films for children and adults. The goal of the organizers is to create an annual event that will delight the local and foreign audience and professionals, as well promote art of animation in Azerbaijan.
Fərid Faiqoğlu (Səfərov)