Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) və Trans-Adriatik Boru Xəttindən (TAP) ibarət olan Cənub Qaz dəhlizinin əhəmiyyətli mərhələsi başa çatıb.
Ulusəs Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak Bakıda təşkil edilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında bildirib.
O qeyd edib ki, TANAP-ın ilk sınaq işlərinə keçən ay başlanılıb. Cari ilin iyulunda xəttin açılışı baş tutacaq.