Cəmiyyətimizin nüfuzlu şəxlərindən biri də müəllimlərdir. Müəllim sənəti çox çətin və məsuliyyətli bir peşədir. Müəllimlər ömürlərini şam kimi şagirdlərininin biliklənməsi istiqamətində şam kimi əridirlər. Şagirdlərinin parlaq gələcəyi naminə həvəslə çalışan şəxlərdir.
Hər bir müəllim öz işinə ciddi, məsuliyətli yanaşmalı, bilik və bacarıqlarını şagirlərə çatdırmalıdır. Çəkdiyi zəhmətin bəhrəsini gördükdə, şagirdlərinin xoş sorağını aldıqda müəllimin qəlbi fərəhlənir, sevinir.
Bu gün Sumqayıt şəhər B.Əsgərov adına Xələc kənd tam orta məktəbinin 1A sinif rəhbəri olan Sveta müəllimənin doğum günüdür. Bu münasibətlə onu məktəb kollektivi adından, şagirdlərinin adından təbrik edir, ona can sağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq. Hər zaman şagirdlərinin və sevdiklərinin əhatəsində olmağı arzulayırıq.
Lalə Fərhadqızı