Bir neçə gün bundan əvvəl Sumqayıt şəhəri 28 saylı tam orta məktəbin məzunu Aydın Məmmədovun doğum günü idi. Həmin gün Aydın üçün iki qat bayram idi. O həm doğum günün, həm də məziniyyət gününün həyəcanını yaşayırdı. Aydın artıq uğurları ilə, savadı, bacarığı, tərbiyəsi ilə ürəyində taxt qurduğu müəllimlərindən ayrılırdı. O bu gündən müstəqil yurdumuzun müstəqil vətəndaşı olacaqdı.
Müəllimləri Aydını təbrik edir, ona uğurlar arzulayırdılar. Elə biz də Aydını yeni yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona uğurlar arzulayırıq. Ona hər zaman haqq bildiyin yoldan ayrılmamağı arzulayırıq. Arzu edirik ki, ömür yollarında büdrəmədən addımlasın. Uğurları onu zirvələrə doğru aparsın. Bir daha doğum günün mübarək, Aydın. 100 yaşamaq nəsibin olsun.
Səni sevənlər adından:
Xalan Natəvan.