Mətbuat insanların dünyagörüşünün formalşmasında,istedadların üzə çıxarılmasında və təbliğində mühüm əhəmiyyət kəsb etməklə çağdaş dünyamızın nəbzini tutan rayon əhalisinin bütün sahələr üzrə maariflənməsində xüsusi xidmətləri olan Masallı Rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni həyat” qəzeti insanları yeniliyə,zəhmətsevərliyə,vətənimizin yüksək tərəqqisinə zaman ilə ayaqlaşmağı,öz rəngarəng mövzüları ilə seçilməsi bu mətbuat orqanının ən üstün cəhətidir.Geniş oxucu kütləsini özünə cəlb etməklə,oxucuların istək və arzularına uyğun yazıların qəzet səhifələrində müntəzəm dərc olunması onun əməkdaşlarının gərgin əməyindən xəbər verir.
Bəli “Yeni Həyat”, oxucuları yeni həyata səsləməklə xalqımızın milli-mənəvi dəyərlərinin,adət-ənənələrinin qorunub saxlanılmasını daim diqqət mərkəzində saxlayır.
Qəzetin ilk səhifəsində Möhtərəm Prezidentimiz İ.Əliyevin ayrı-ayrı ölkələrdə keçirdiyi görüşlər,imzaladığı sərəncamların dərc olunur.Bu da oxucular üçün vacib olan mühüm səhifədir.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ş.Məmmədovun ərazilərdə keçirdiyi görüşlərdə qaldırılan məsələlərin həll edilməsi barədə olan yazılar oxucular üçün həmişə önəmlidir.
Bu mətbuat orqanının səhifələrində Milli Qəhramanlarımız haqqında yazıların əsas yer tutması gənclərimizə vətən sevgisini aşılamaqla onların mənəvi və hərbi vətənpərvərlik tərbiyəsi üçün güclü təsir qüvvəsinə malikdir.
Qəzetin Rayon iqtisadiyyatını,təhsilini,mədəniyyətini geniş işıqlandırılması müasir tələbi ödəyir.
Mətbuat orqanı “Yeni Həyat”hər birimizə yeni sağlam,abı-hava verən qazetin peşakar işçiləri redactor Ə.Şükürov,məsul katib H.Əliyevin,A.Ağayevin,S.Məmmədovanının sərf etdiyləri əmək oxucular tərəfindən yüksək dəyərləndidir.
Sonda “Yeni Həyat”ın rayon əhalisinə bəxş etdiyi yeniliyə,çağırışa görə Ə.Şükürov başda olmaqla bütün əməkdaşlarına şərəfli işlərində uğurlar arzusu ilə redaksiyadan ayrılırıq.
Soltanağa Cəfərov
Bölgə muxbiri,A.J.B-nin üzvü