Bu gün Bakı şəhəri ilə yanaşı, ölkənin bütün şəhər, rayon və qəsəbələrində abadlıq-quruculuq işləri gedir, sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən dövlət proqramı uğurla davam etdirilir. Bu istiqamətdə Salyan rayonunda da görülən işlər xüsusi əhəmiyyət kəsb edir.
Salyan rayonu ərazisində 20 (1 şəhər, 1 qəsəbə, 18 kənd bələdiyyəsi) yerli özünüidarəetmə orqanı – bələdiyyə fəaliyyət göstərir. Bütün bələdiyyələr şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarında birləşimişlər. Hazırda onların mülkiyyətində 22060 hektar torpaq sahəsi vardır. Bunun da 1848.77 hektarı bələdiyyənin ehtiyat fondu, 795.73 hektarı yaşayış məntəqələrinin perspektiv inkişafı, 9789.51 hektarı otlaq və 9626.50 hektarı isə sair torpaqlardır.
Bələdiyyələrin büdcəsinin formalaşdırılmasının əsasını torpaqların icarəyə, istifadəyə və mülkiyyətə verilməsi təşkil edir.
Rayonda 63,9 km asfalt, 415,4 km çınqıl, 151,7 km torpaq yol bələdiyyənin balansına aiddir.
01.02.2019-cu il tarixinə rayon üzrə 191 nəfər bələdiyyə üzvü vardır ki, onların da 117 nəfəri kişi, 74 nəfəri isə qadındır. Bələdiyyə üzvlərinin hamısı ali təhsillidir. Yaş tərkibinə gəlincə isə bələdiyyə üzvlərindən 77 nəfəri 30 yaşadək olan gənclərdir. 132 nəfəri Yeni Azərbaycan Partiyasının, 9 nəfər digər partiyaların, 50 nəfər bələdiyyə üzvü isə bitərəfdir.
Salyan rayon Xıdırlı kənd bələdiyyəsinin sədri Pəri xanım Zülfüqarova öz işinə olduqca ciddi məsuliyyətlə yanaşır. Öz savadı, təcrübəsi ilə çalışdığı sahədə hər kəsin dərin hörmətini və rəğbətini qazanıb.
Belə ki, «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı», Heydər Əliyev Fondu və digər investisiya layihələri çərçivəsində Salyan rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri də daim diqqət mərkəzində olub və bu istiqamətdə bir sıra işlər görülüb. Hal-hazırda rayon ərazisində təmir-tikinti və yenidənqurma işləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və millət vəkili, respublikanın birinci xanımı Mehriban Əliyeva rqyonu daim diqqət mərkəzində saxlayır. Təbii ki, Salyan rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdə və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsi, eyni zamanda qarşıda nəzərdə tutulan bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsində Salyan rayon İcra Hakimiyyətinin, RİH Aparat işçilərinin, idarə, müəssisələrin və Xıdırlı kənd bələdiyyəsinin sədri Pəri Zülfüqarovanın gərgin əməyi, rolu danılmazdır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, dövlətimiz yoxsulluq səviyyəsinin azaldılması, bu halın aradan qaldırılması üçün də müxtəlif proqramlar qəbul edir, məqsədyönlü işlər həyata keçirir. Bu proqramların həyata keçirilməsində qeyri-hökumət təşkilatları, bələdiyyələr və digər qurumların da yaxından iştirakı diqqət çəkəndir. Bu, ən azından, yoxsulların ehtiyaclarının müəyyən qədər ödənilməsi baxımından çox əhəmiyyətlidir.
Sakinlər Xıdırlı kəndində bir çox mərasimlərin, xeyirxah işlərin həyata keçirilməsində Xıdırlı qəsəbə bələdiyyəsinin sədri Pəri Zülfqqarovanın rolunu yüksək dəyərləndirdilər. Xıdırlı bələdiyyəsi bir çox məsələlərdə qəsəbənin ehtiyacı olan sakinlərinə yardımlar göstərir. Qəsəbə ehtiyaclı insanların sayına görə Bakının başqa qəsəbələrindən xeyli fərqlənir. Xıdırlı bələdiyyəsinin fəaliyyət planında imkansızlara, kimsəsizlərə yardım etmək əsas yerlərdən birini tutur. Pəri xanım bələdiyyənin sədri kimi ehtiyacı olanlarla, kənd ərazisində yaşayan kimsəsiz qocalarla maraqlanır. Kənd sakinləri bələdiyyənin bu xeyirxahlığını daim dəstəkləyirlər. Çünki bələdiyyə onların qapısını döyür, köməklik göstərir. Və bu iş imkansızlar tərəfindən razılıqla qarşılanır.
Pəri xanım söhbətlərində həmişə bildirir ki, “əsas məqsədimiz kəndin abadlığına bələdiyyə olaraq öz töhvəmizi verməkdir.
Sədrin sözlərinə görə, cari ildə bələdiyyə üzvlərinin iştirakıyla məktəblərdə şagirdlərlə, sakinlərlə tez-tez görüşlər keçirilir.
Biz də saytımızın adından Salyan rayonu Xıdırlı kə nd bələdiyyəsinin sədri Pəri Zülfüqarovaya dərin minnətdarlıq edir, işlərində yeni-yeni nailiyyətlər, can sağlığı arzulayırıq.
Şamil