Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner mübarizəyə qoşulub.
Ulusəs Oxu.Az-a istinadən xəbər verir ki, o, uğursuzluqla üzləşib.
Dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.
Beləliklə, Qış Olimpiadası Azərbaycan üçün başa çatıb.