“İstəyirik ki, bundan sonra da bank sektorunda canlanma baş versin və real sektorun maliyyələşməsi davam etsin. Bu məqsədlə yeni verilən kreditlərə dəstək proqramı hazırlanıb”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişində iqtisadiyyata dəstək sahəsində yeni proqramları açıqlayarkən bildirib:
“İkinci böyük proqram yeni verilən kreditlərə şamil edilir. Bank sektorun, real sektorun kreditləşməsi hər zaman prioritetimizdir.
Burada əsas dövlətin dəstəyi ilə kredit məbləğinin 60%-ə qədərinin dövlət zəmanəti ilə təmin edilməsidir və yenə də faizlərin ödənilməsində müəyyən həddə qədər belə kreditlərin maksimal faiz məbləği illik 15%-i keçməməlidir. Həmin o 15%-in 50%-ni, yəni 7,5%-nin ödənişini müvafiq olaraq Sahibkarlığa Kömək Milli Fondu üzərinə götürə bilər”.