“Dərslərin davam etdirilməsi ilə bağlı müxtəlif yanaşmalar var”.
Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, bütün qərarlar insanların sağlamlığı nəzərə alınmaqla qərar veriləcək: “Bir məqam aydındır ki, start düyməsi basılmadan öncə Tədbirlər Planı qəbul ediləcək. Konkret tarix barədə danışmaq tezdir”.