Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, regionlarda aparılan abadlıq-quruculuq işləri ölkə iqtisadiyyatının yüksəldilməsi ölkə başçısı, hörmətli Prezidentimiz İlham Əliyevin düşünülmüş, bariz siyasətinin nəticısidir. Azərbaycanımızın çiçəklənməsi, yüksəldilməsi üçün yeni layihələr həyata keçirən Prezident İlham Əliyev cənabları bölgələrə tez-tez səfərlər edir. Sakinlərlə görüşüb onları narahat edən məsələləri dinləyib görelən işlərlə yerindəcə tanış olub, tövsiyə vı tapşırıqlarını verən dövlət başçısı bir daha sübut edir ki, o bütün nitqində söylədiyi kimi, ölkəmizin iqtisadi yüksəlişinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Yaşadığım respublikanın ikinci böyük şəhəri Gəncədə gözüm qarşısında aparılan genişmiqyaslı abadlıq, quruculuq yenidənqurma işləri hər bir Gəncəli kimi məıni də sevindirir. Gəncə şəhəri respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq-quruculuq işlərinin miqyası ildən-ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir. Ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı n əticəsində Gəncə gü nü -gü ndən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir.
Gəncə şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun gəlişinnən sonra Gəncədə inkişaf göz qabağındadır. Niyazi Bayramovun gərgin əməyi və səyi nəticəsində Gəncə füsunkarlığı ilə göz oxşayır. Şəhərdə çox böyük abadlıq və quruculuq işləri davam etdirilir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yüksək diqqət və qayğısı sayəsində Gəncə şəhəri son aylarda dinamik inkişaf yoluna çıxmış, şəhərdə əsaslı dəyişikliklər baş vermişdir. Gəncəlilər Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Gəncənin tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətə gördüyü bənzərsiz işlər də lə baxırlar.
Gəncə şəhər Baş Polis idarəsinin rəisi polkovnik Əkbər İsmayılovun bu sahədə zəhməti danılmazdır.
Daxili işlər Naziri Vilayət Eyvazov Əkbər İsmayılovu bu vəzifəyə təyin etməklə heç də yanılmayıb. Onun bu sahədə gördüyü işlər qürurvericidir. Bu vəzifəyə təyin olunduğu gündən Gəncədə ictimai asayiş yetərincə qorunmaqdadır. Onun tabeliyində olan Post Patrul, Dövlət Yol Polisi işçilərinin pandemiya dövründə zəhmətləri danılmazdır, Onların apardıqları şəffaf mübarizə yüksək qiymətləndirilir.
Onlar əhali arasında həm ictimai asayişin qorunması, həm də pandemiyanın əhali arasında geniş vüsət almamasına qarşı güclü təbliğat aparırlar. Daxili qoşunların əsgərləri Gəncənin bir növ karonavirus pandemiyasının əhali arasında geniş yayılmamasında böyük təbliğat aparırlar. İstər Post Patrul, istər yol polisi, istərsə də daxili qoşunların əsgərlərinin koronavirusun geniş yayılmamasının təbliğatında böyük zəhmətləri var. Gəncə şəhər Prokurorluğu, digər hüquq mühafizə orqanları tərəfindən ölkədə ictimai-siyasi sabitliyin qorunması, karonavirusa qarşı mübarizənin daha da gücləndirilməsi sahəsində zəruri tədbirlər görülmüşdür. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əvvəlcə şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səsləndikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.
Gəncə şəhər Poçtampı karantin dönəmində öz fəaliyyətini dayandırmayıb. əhalinin xidmətində dayanır. Gəncə Regional Poçt Filialının rəisi Tural İsgəndərov olmaqla Gəncə Şəhər Poçtamptı bu ağır karantin vəziyyətdə daima gərgin iş başında öz həyatlarını təhlükə altına alaraq əhaliyə yüksək dərəcədə göstərdikləri xidmətlərə görə öz dərin minnətdarlığımı bildirirəm. Xüsusən də 11 saylı poçt rəisinə və 21 saylı poçt rəisinə öz dərin minnətdarlıq və təşəkkürümü bildirirəm.
Polis əməkdaşları onlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlunat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Daha sonra onlar polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət edilirlər. Gəncə şəhərinin şanlı yol polislərinin karantin dönəmində postlarda ayıq-sayıq daynması, sürücülərlə apardıqları maarifləndirmə tədbirləri əhali tərəfindən yüksək dəyərləndirilir.
Koronavirus ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri hələ də davam edir.
Gəncə şəhər Diaqnostika mərkəzinin yaradıcı heyəti də karantin dönəmində də fəaliyyətlərini daha da böyük səylə davam etdirirlər. Tibbi-profilaktik və diiznfeksiyaedici tədbirlər gücləndirilib. Gəncə şəhər Mərkəzi Klinikasında Yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasına qarşı bir çox mühüm tədbirlər görülüb və görülməkdədir. Qərb bölgəsində analoqu olmayan həkimlər, tibb bacıları həmin klinikada çalışırlar. Tibb bacıları, gecə gündüz xəstələrin keşiyində dayanır. Onların tez sağalmasında həkim personalının böyük əməyi var. Koronaviruslu xəstələrin sağalması üçün gecə-gündüz dincəlmədən böyük səylə çalışır klinikanın savadlı həkimləri. Mərkəzin direktoru cənab Rövşən Veyisov tutduğu şərəfli peşənin öhdəsindən ləyaqətlə gəlməyi bacarır. Rövşən Veyisov cənabları və onun rəhbəri olduğu klinikada çalışan analoqu olmayan həkimlər xalqımızın sağlamlığının qorunması istiqamətində səylərini əsirgəmirlər.
02 iyul polis işçilərinin peşə bayarmıdır, fürsətdən istifadə edib bütün polis əməkdaşlarını peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək əziz polislərimiz.
Mən fəxr edirəm ki, Gəncə etibarlı əllərdədir. Çox qürur duyulası haldır ki, belə bir dönəmdə Gəncə şəhərində koronavirusa qarşı çox ciddi tədbirlər həyata keçirilir. İnşallah, tez bir zamanda xalqımız bu qorxunc bəladan xilas olacaq.
Yazdıqlarımdan, gördüklərimdən belə bir nəticəyə gəldim ki, Gəncə çox qürur duyulası, seviləsi, fəxr ediləsi qədim tarixə malik Azərbaycan şəhəri, gözəlliklər diyarıdır. Bu yolda zəhmət çəkənə, sərəncam verənə "çox sağ ol!" deyirəm. Gəncə üçün edilən fədakarlıqlar göz önündədir. Bilmirsən hansı tərəfə baxasan, hansı gözəlliyin nəğməsini oxuyasan. Bu boyda xaruqələr yaradana, yüksək zövqlə, ürək odu ilə görülən abadlıq işlərinə görə Azərbaycan Prezidentinə, Gəncə şəhər İcra başçısına minnətdarlıq duyğuları ilə təşəkkür edirəm.
E.Hüseynov
Qərb bölgəsi üzrə bölgə müxbiri,
AJB-nin üzvü