Yaran sağalsın Vətən!
Yaxınını itirən kimsə ilə qarşılaşdığımızda , son vaxtlar Osmanlı Türkiyəsi ilə və türkcəsinin təsiri ilə də olacaq ki, ağzımızdan “Allah rəhmət eləsin” deyimi ilə yanaşı “Başın sağ olsun “ u da əlavə edirik.
Bəs həqiqətdə bu ifadənin nə anlama gəldiyini bilirikmi? Başınız sağ olsun cümlesi ən təmiz mənası ilə bir təsəlli cümləsi hesab oluna bilər.Amma birini itirmək , ölüm, ayrılıq,kimi bir ağır yüklü qavrayış özündən sonar böyük bir ağrıyı da miras qoyub gedər.
Ölüm müəyən ətraf kütləyi pis mənada təsirə məruz qoysada , ağrı-acının focus mərkəzində həmişə mərhumun ən yaxınları durur.Belə məqamda dünyasını dəyişən adamın yaxın qohum,əğrəbası ilə qarşılaşdığımızda təziyələrimizi çatdırıb onlarına dəstək olduğumuzu bildirmək istəyirik. Çünki belə situasiyalarda hiss olunan əzab və yükü çiyinlərdən alıb yüngülləşdirmək, bölüşmək ,həm etik ,həm də bir millət olaraq mental keyfiyyətlərimizdəndir.
Baş sağlığı vermək üçün “Başın sağ olsun” deyildiyində bu ifadə “Ölən öldü ancaq, sizlər sağ olun, ömrünüz uzun olsun” kimi idrak edirik. Əslində isə bu ifadə heç də belə deyil . Başın sağ olsun cümləsi barəsində düşünsək ,bir az qaba və ağrıyı azaltmaq , o şəxsə toxtaxlıq vermək mənasında işlədilən ifadədir. Çünki ,leksikonumuza yeni girən , buna baxmayaraq zamanla tez yayqınlaşan bu deyim , heç türk lisanında belə həqiqi mənada basin sağ olsun formasında ifadə olunmayıb heç vaxt.
Bu diləyin əsli başınız sağalsın formasındadır. Baş qədim Türkçədə yara anlamına gəlir. Başın sağ olsun şəklində bir cümlə qurduğumuzda “yaran sağ olsun” kimi qəribə bir anlam ortaya çıxır. İfadənin özü, yuxarıda da söylədiyimiz kimi “başın sağalsın” forasındadır. Bu deyim yaran sağalsın, qabıq bağlasın mənasına gəlir. Zamanla çox təəsüf ki “başın sağalsın” ifadəsi “başın sağ olsun” a tərəf deformasiya olunmuşdur.
Əlbəttə heç kim bu deyimin mahiyyət və məğzini tam bilmədiyi üçün , düşünmədən dilimizdə yeni boy göstərən bu kimi ifadələrin işlətməkdən çəkinmirlər.
Məğz və mənaya gəldikdə bu qədər söz qələbəliyinin bir məramə , nəticəyə çatıb kütləyə nə demək istədiyinə , nəyi ehtiva etdiyinə gəlincə ötən gün sərhəd bölgəsində erməni dığalarının törətdiyi təxribat xarakterli artileriya zərbələri nəticəsində məmləkətimin igid oğulları şəhid olmuşlar.Düşmənə layiqli cavab verilsə də artıq şəhidlərimiz var.Hadisəyə reaksiya olaraq “başin saq olsun Vətən “ demək çox ciliz qalırdı deyə önunə bir bilgi də əlavə etdik. Bütün şəhidlərimizin ruhu şad olsun . Şəhidlər ölməz Vətən bolünməz!
“Yaran sağalsın Vətən !”
Cabbar Rəsulzadə