Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komanda oktyabrın 10-da millimizi “Podgorica City Stadium”da qəbul edəcək.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu millimiz turnirdəki ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.