Bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclas saat 15:00-da başlayacaq.
Videokonfrans koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunlarının təxirə salınması nəzərə alınaraq AFFA-nın təşəbbüsü ilə keçiriləcək.