“Sumqayıt” heyətini sabiq hücumçusu Mehdi Şərifi ilə gücləndirib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd edək ki, Mehdi Şərifi 2019/20 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, komandanın heyətində 16 oyuna çıxıb və 5 qola imza atıb.