İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turnirində 73 kq-da mübarizə aparan Telman Vəliyev avstriyalı Likas Rayterlə görüş üçün tatamiyə çıxmayıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, buna səbəb onun koronavirus testinin müsbət çıxmasıdır.
Testi pozitiv olan idmançının rəqibi bəlli olsa da, görüşə çıxmasına icazə verilməyib.