“Bavariya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Münhen klubunu növbəti mövsümdən Yulian Naqlesmann çalışdıracaq.
“Leytspiq”in hazırki çalışdırıcısı mövsümün sonunda klubunu tərk edəcək və “Bavariya”ya keçəcək.
33 yaşlı çalışdırıcı 2026-cı ilə qədər müqaviləyə imza atıb.