Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, üç gün davam edəcək yarışa 79 ölkədən 244 kişi, 164 qadın idmançı qatılıb. Azərbaycanı turnirdə 10 cüdoçu təmsil edəcək ki, onlardan beşi bu gün mübarizəyə başlayacaq.
Kişilər
60 kq
1/16 final. Davud Məmmədsoy - Albert Oğuzov (Rusiya)
66 kq
1/32 final. Elçin Hüseynov - Karmine Maria Di Loreto (İtaliya)
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva - Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı - Katarina Ments (Almaniya)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Lus Olvera (Meksika)