“Yuventus” qış transfer dövründə polşalı hücumçu ilə müqavilə imzalaya bilər.
Turin klubu “Marsel”in hücumçusu Arkadiuş Miliki transfer etməyə çalışır. “Yuve” buna qədər də futbolçunun transferinə cəhd göstərib. Belə ki, 2020-ci ilin yayında futbolçu hələ “Napoli”də çıxış edərkən “Qoca sinyora” transferlə maraqlanıb. Lakin futbolçu “Napoli”də qalmaq istəyib. Lakin yanvar ayında o “Marsel”ə icarəyə göndərilib.
Qeyd edək ki, A.Milik bu mövsüm meydana çıxdığı 10 qarşılaşmada bir qol vurub.
Mənbə:Oxu.Az