Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbsdə saxlanılan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevə müraciət edib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Səmədov tezliklə onların azadlığa çıxacaqlarına inandığını bildirib.
“Uşaqlar möhkəm olun. Əminəm ki, hər şey yaxşı olacaq və siz tezliklə bizimlə olacaqsınız. Uğurlar sizə uşaqlar”, - deyə futbolçu Birinci kanalın “Canlı yayım” verilişində deyib.
Qeyd edək ki, dekabrın 5-da Moskvanın Tver rayon məhkəməsi istintaqın vəsatətini təmin edərək A.Kokorin və P. Mamayevin həbs müddətinin uzadılması haqqında qərar çıxarıb. Onlar 2019-cu ilin 9 fevral tarixinədək həbsdə qalacaq.