“Keşlə” klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Serbiya Super Liqasında çıxış edən “Dinamo” (Vranye) ilə qarşılaşıb.
Matç Serbiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Keşlə” ilk yoxlama oyununda Özbəkistanın U-23 millisi ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.