Futzal üzrə Yüksək Liqanın XIX turunun sonuncu matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı matç çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdır. Belə ki, ən çox qolun vurulduğu oyun 2010/2011-ci il mövsümündə olub. “Araz”–“Azecolab” dueli 54:4 hesabı ilə yekunlaşıb. Görüşdə ümumilikdə 58 qol vurulub. İkinci yerdə isə EKOL–“Saray” qarşılaşması yer alır. 2009/2010-cu il mövsümündə keçirilmiş matç 57:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Bu oyun məhsuldarlığa görə ikinci, fərqə görə isə birinci yerdə qərarlaşıb.
EKOL–“Liman” oyununda isə 42 qol vurulub. EKOL-un 38 qoluna “Liman” 4 dəfə qarşılıq verib. Yeri gəlmişkən, hazırkı çempionatın arxada qalan oyunlarının heç birində 34 top fərqi qeydə alınmayıb. Onu da qeyd edək ki, 34 top fərqli qələbə çempionatlar tarixində 10-cü sıradadır. Ən fərqli hesab isə elə EKOL-a məxsusdur - 57 top.