Fransanın “PSJ” futbol klubu Madrid “Real”ının qapıçısı Keylor Navası transfer edib.
“Lenta.ru” xəbər verir ki, idmançı parislilərlə 2023-cü ilə kimi müqavilə imzalayıb.
Anlaşmanın maliyyə şərtləri açıqlanmır.
“PSJ”dən isə qapıçı Alfons Areol "Real"a transfer olunur. O, Madrid komandasına bir illik icarəyə verilib.