Avropa Liqasının qrup mərhələsində evdə APOEL-lə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırıb.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, oyunda hesabı açan ispaniyalı yarımmüdafiəçi matçı şərh edib:
"Bəxtimiz gətirmədi. Epizodlara baxsaq, rəqibdən üstün olduğumuzu görərik. Öz səhvlərimiz də oldu. Ümumi götürsək, bəxtimiz gətirmədi.
- Qurban Qurbanov fasilədə “Qarabağ”ı necə motivasiya etdi ki, ikinci hissədə tam fərqli oynadınız?
- Qol buraxandan sonra istər-istəməz əhvalına təsir edir. İlk hissəni pis keçirmədik. Baş məşqçi eyni tərzdə oynamağa davam etməli olduğumuzu dedi. Qeyri-adi nəsə söyləmədi.
- Nəticə sizi qane edir?
- Təbii ki, yox, razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək.