Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, günün ilk matçında “Zirə” ilə “Səbail” üz-üzə gəlib. Oyunun 90 dəqiqəsi ərzində qapılara qol vurulmayıb. Qalib əlavə hissələrdə müəyyənləşib. Belə ki, Xulio Sezar Rodriqesin 105+1-ci dəqiqədə vurduğu qol "Zirə"ni yarımfinala daşıyıb.
Günün digər qarşılaşmasıda “Sabah”la “Qəbələ” üz-üzə gəlir.
“Sumqayıt” – “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunları isə sabah baş tutacaq.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
19 dekabr
“Zirə” - “Səbail” - 1:0
Qol: Xulio Sezar Rodriqes, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
İlk oyun – 0:0.
"Sabah" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3.