“Forbes” son 10 ilin ən yüksək gəlirli idmançılarının siyahısını hazırlayıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyahıya boksçu Floyd Meyvezer liderlik edir. Amerikalı 2010-2019-cu illərdə 1 milyard dollaradək gəlir əldə edib. Bu isə, Kriştiano Ronaldo ilə Lionel Messinin qazancından çoxdur. Siyahı belədir:
Floyd Meyvezer (boks) – 950 milyon
Kriştiano Ronaldo (futbol) – 800 milyon
Lionel Messi (futbol) – 750 milyon
Lebron Ceyms (basketbol) – 680 milyon
Rocer Federer (tennis) – 640 milyon
Tayqer Vuds (qolf) – 615 milyon
Fil Mikelson (qolf) – 480 milyon
Menni Pakyao (boks) – 435 milyon
Kevin Dyurant (basketbol) – 425 milyon
Luis Hemilton (“Formula-1”) – 400 milyon