“Ötən il elektron satınalmaların həcmi 930 milyon manat təşkil edib ki, bu da ümumi satınalmaların 14,2 faizinə bərabərdir”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda bildirib.
O qeyd edib ki, satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90 faizdən çox təşkil edib. Müsabiqə əsaslı satınalmalar 2019-cu ilə nisbətdə 31,2 faiz artıb.