Braziliyanın dövlət neft-qaz şirkəti “Petrobras”ın prezidenti Robertu Kastellu Branku postunu tərk edəcək.
Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə Latın Amerikasının ən böyük dövlətinin başçısı Jair Bolsonaru bildirib.
Həmin vəzifəyə Joakim Silva-i-Luna təyin ediləcək.
Daha əvvəl Bolsonaru dəfələrlə avtomobil yanacağının qiymətinin qalxmasından narazılığını bildirib. Bu məhsulların ümumi qiymət artımı yanvarın 1-dən təxminən 30% təşkil edib ki, bu da hökuməti tətillərlə hədələyən sürücülərin kəskin narazılığına səbəb olub.
Təyinata qədər Silva-i-Luna Braziliya-Paraqvay SES-i – “İtaypu”nun həmsədri idi. 2018-2019-cu illərdə Latın Amerikasının ən böyük respublikasının müdafiə naziri, 2011-2014-cü illərdə isə Quru Qoşunları Baş Qərargahının rəhbəri olub.