[img=left]https://ulusestv.az/uploads/posts/2025-08/1754291485_3.jpg[/img
Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 191,2 milyon ABŞ dolları təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, bu, iyulun 1-i ilə müqayisədə 0,3 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,1 % artıb, son 1 ildə isə 4,9 % azalıb.