
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftimizin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 5,77 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neftimiz ötən gün 125,83 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.