Çinin “China Road and Bridge Corporation” şirkəti Gürcüstanın qərbindəki Rikoti dağ aşırımında yerləşən sürət avtomagistralında - “Şərq - Qərb” avtomagistralının bir hissəsi sayılan “Ubisa-Şorapani” yolunun tikintisini həyata keçirəcək.
ulusestv.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, çətin landşaft səbəbindən bu hissə Gürcüstan ərazisindən keçərək, Azərbaycan sərhədi boyu uzanan “Şərq - Qərb” avtomagistralının ən çətin hissələrindən biri sayılır. 13 kilometrlik ərazidə 4 zolaqlı yol tikilir ki, bura 27 körpü və 18 tunel daxildir.
Qeyd edək ki, “Şərq - Qərb” magistralı böyüklüyünə görə Avropanın ikinci tranzit dəhlizidir. O, Fransanın Brest bölgəsindən başlayır və Qırğızıstanın İrkeştam bölgəsində başa çatır. Gürcüstanda yol isə Azərbaycan sərhədindən başlayır və Poti limanı yanında başa çatır.
“Ubisa-Şorapani” layihəsinin dəyəri 300 milyon avrodur. Layihənin 2021-ci ildə başa çatması planlaşdırılır.