Dağıstanda Samur çayı üzərində üç su qovşağının tikintisi nəzərdə tutulub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası hökumətinin sədri Atyom Zdunov məlumat verib. O bildirib ki, hazırda Azərbaycan ilə sərhəddə yerləşən Samur çayı üzərində su qovşaqlarının inşası məsələsi müzakirə olunur.
Hökumət sədri qeyd edib ki, Dağıstanın Çirkey Su Elektrik Stansiyası Şimali Qafqazda ən güclü stansiyadır. Yeni su qovşaqları isə Dağıstanın cənub rayonlarının su ilə təchiz olunması, habelə Samur meşəsinin qorunub saxlanması problemlərinin həllinə kömək edəcək.