Rusiyanın ən böyük iqtisadi tədbiri olan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun təşkilat komitəsi koronavirus səbəbiylə bu il tədbiri ləğv etmək qərarına gəlib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin birinci müavini Andrey Belousov açıqlama verib: “Rusiya vətəndaşlarının, foruma gələcək qonaqların və iştirakçıların sağlamlığını qorumaq məqsədi ilə bu ilki tədbirin ləğv olunması qərara alınıb”.
Qeyd edək ki, ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2020) 3-6 iyun tarixlərində keçirilməsi gözlənilirdi.