"Hesab edirəm ki, biz bankları tam şəkildə yoxlayıb başa çatdırmamışıq. Ancaq ilkin olaraq kapitalın qiymətləndirilməsi həyata keçirilib. Əgər bu olmasaydı, yəqin ki 4 bankın siyahısı geniş olardı".
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bankların təqdim etdiyi hesabatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, bu gün bankların təqdim etdiyi hesabatlara etibar etmək olar: "Ola bilər ki, 1-2 faiz geriləmə var. Bütövlükdə isə, bankların hesabatlarına inanmaq olar".