Haiti Prezidenti Jovenel Moizin qətlində şübhəli bilinən 11 nəfər Tayvan səfirliyinin ərazisində saxlanılıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Tayvanın Haitidəki səfirliyi bildirib.
Cümə axşamı günü səhər haitili polis əməkdaşları diplomatlara bildiriblər ki, şübhəlilərin axtarışı üçün səfirliyin ərazisinə keçmək istəyirlər.
“Uzun müddətdir Haiti Respublikasının sadiq dostu və etibarlı tərəfdaşı olan səfirlik dərhal razılığını verdi və polisin axtarış əməliyyatını həyata keçirməsinə imkan yaratdı”, - kommünikedə deyilir.
Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz iyulun 6-dan 7-nə keçən gecə sui-qəsd nəticəsində qətlə yetirilib. Ölkədə 15 günlük milli matəm elan edilib.