Abşeron rayonunda 2 nəfəri avtomobil vurub.
ulusestv.az Oxu. Az-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.
Minik avtomobili 1981-ci il təvəllüdlü Həsənov Azər Tofiq oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Ruslan Novruz oğlunu vurub.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. A.Həsənova qarının küt travması, R.Hüseynova isə sol ayağın əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.