Beyləqanda baş verən qəzada 3 nəfər yaralanıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Toyota Prado"markalı minik avtomobili və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə rayon sakinləri Qurban Qurbanlı, Əli Qasımov və Orxan Əmirxanli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.