Oğuzda bələdiyyə binası yanıb.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə yangın hadisəsi gecə saatlarında rayonun Filfilli kənd bələdiyyəsinin inzibati binasında baş verib.
Yanğın baş verən əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində 100 kv/m sahəsi olan bələdiyyə binası 50 kv/m sahədə yanıb.Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.