Bakıda brend geyim əşyalarının satıldığı mağazadan 15000 manatlıq geyim əşyaları oğurlayan şəxs saxlanılıb.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib. Mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15000 manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığını bildirib. Məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib.
Ç.Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyektdən oğurluq etdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.