Əhvalınızın pisləşməməsi üçün alkoqol və bir sıra digər zərərli məhsullardan imtina etməlisiniz. ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında həkim-diyetoloq Yelena Solomatina deyib.
Spirtli içkilərin qəbulu insana müvəqqəti eyforiya hissi yaşatsa da, sonradan intoksikatsiya və susuzluq başlayır. Bu kimi simptomlar insanın əhvalının pisləşməsinə gətirib çıxarır. Solomatina acqarına şirniyyatın az miqdarda yeyilməsini məsləhət görüb. “Qlükozanın səviyyəsi kəskin qalxacaq, sonra isə kəskin düşəcək. Nəticə - yüngül eyforiyanı yorğunluq və qıcıqlanma əvəzləyəcəklər”, - deyə həkim qeyd edib.
Diyetoloq duzlu bir şey yemək istəyi ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, əvvəlcə orqanizmə gümrahlıq gətirəcək, sonra isə gücün azalmasına səbəb olacaq. Mütəxəssis, həmçinin, yağlı ət və mayonezli salatların da əhvala neqativ təsir göstərdiyini bildirib.