Aprelin 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçiriləcək.
23 aprel – Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr olunacaq tədbir Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğunun birgə layihəsi çərçivəsində reallaşacaq.
Kitabxanadan bildirilib ki, tədbirdə türk uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu və Azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifləri olduqları kitablar iştirakçı uşaqlara hədiyyə olunacaq.
Tədbirin keçirilməsində məqsəd uşaqlarda kitaba və mütaliəyə olan marağı artırmaq, onların xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz rolunu qeyd etmək və türk xalqlarının mədəniyyətini təbliğ etməkdir.
AZƏRTAC