Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi anıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, XİN rəhbərinin tvitter paylaşımında qeyd olunur:
“Vəfatının 17-ci ildönümündə cənnət məkan Heydər Əliyevi rəhmət və hörmətlə anırıq. Bizə miras qoyduğu “Tək millət, iki dövlət” şüarı əbədi olaraq yaşayacaqdır. Rahat yat, ümumilli lider! Qarabağ Azərbaycandır!”