Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, hüquq - mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.
Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.