Tanınmış tarixçi alim Dilavər Əzimli vəfat edib.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, koronavirusa yoluxan alim komada idi.
Xatırladaq ki, D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.
D. Əzimli 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışırdı.