• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan regionun lokomotivi rolunda: Cənubi Qafqazda yeni sülh erası başlayır - “Kaspi”nin TƏHLİLİ

siyaset / manset

11-02-2024, 12:31

Azərbaycan regionun lokomotivi rolunda: Cənubi Qafqazda yeni sülh erası başlayır - “Kaspi”nin TƏHLİLİ
İlham Əliyevin növbəti dəfə prezident vəzifəsinə seçilməsi Cənubi Qafqaza sülh və sabitlik, iqtisadi tərəqqi və regional rifah vəd edir. Bu seçki ilə Cənubi Qafqazda yeni sülh erası başlayır.

Fevralın 7-də keçirilmiş prezident seçkisi tək Azərbaycanda deyil, bütövlükdə bölgəmizdə növbəti inkişaf mərhələsi və yeni münasibətlər sisteminin başlanğıc anonsu oldu. Azərbaycan hər zaman Cənubi Qafqaz regionunun lokomotivi rolunda çıxış edib. Əgər bu öncüllük 44 günlük müharibəyədək özünü siyasi və iqtisadi müstəvidə büruzə verirdisə, II Qarabağ savaşından sonra Bakı tək bölgəmizin deyil, daha geniş arealın - Orta Asiya (Türkdilli dövlətlər) ilə Türkiyəni (Avropa) birləşdirən iri geosiyasi faktora çevrildi. Bu yeni reallıq arxitekturasının qurulması və ayaq üstündə durması Prezident İlham Əliyevin xidmətidir. Dövlət başçısının növbəti dəfə bu vəzifəyə seçilməsi özü ilə sülh və sabitlik, iqtisadi tərəqqi və regional rifah gətirən kursun davam etməsi deməkdir. Bu seçki ilə Cənubi Qafqazda sülh erası başlayır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sülh gətirən seçki

Erməni xalqının mental özəllikləri və Ermənistan dövlətinin mahiyyəti baxımından bölgənin inkişafı önündə əsas maneə olan Azərbaycan torpaqlarının işğalına sülh yolu ilə son qoymaq mümkün deyildi. Bunu 30 il ərzində aparılan nəticəsiz danışıqlar da sübut etdi. Özü də söhbət tək sülhə maneə olan erməni xislətindən getmir. Son üç il aydın şəkildə göstərir ki, bölgəmizdə dayanıqlı barışın əldə olunmasına dünyanın iri geosiyasi oyunçuları, daha konkret isə Qərb razı deyildi və hər vəchlə mümkün prosesin qarşısını alırdı. Başqa sözlə, torpaqlarımızın azad olunmasının hərb variantının alternativi yox idi. Dünya tarixində hərb yolu ilə sabit sülhə nail olmaya dair yüzlərlə nümunə var. Bu baxımdan, Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi yolla ədaləti bərpa etməsi əslində tək bizim qələbəmiz deyil, həm də digər region dövlətləri üçün inkişaf, tərəqqi və iqtisadi çiçəklənməyə yol açmış faktordur.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan müharibənin qalibi olsa da, müasir dünya tarixi üçün unikal təşəbbüsə müəlliflik etdi: döyüş meydanında məğlub edilən Ermənistana sülh əlini uzatdı. 7 fevral seçkisində əhalinin mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi Ermənistan rəhbərliyi və əhalisi tərəfindən layiqincə dəyərləndirilməlidir: Azərbaycan xalqı Prezident İlham Əliyev tərəfindən Qafqaza gətirilmiş sülh reallığını dəstəkləyir. Bu reallığın erməni xalqı tərəfindən düzgün qiymətləndirilməsi onun düşdüyü ağır iqtisadi böhrandan çıxışı üçün ilkin addım ola bilər.

Yeni geosiyasi arxitektura

Vətən müharibəsi bitəndən dərhal sonra Azərbaycan Prezidenti bütün bölgənin rifahına xidmət edəcək 3+3 təşəbbüsü ilə çıxış etdi. Geosiyasi praqmatizmə əsaslanan bu düstur regional problemlərin bölgə ölkələri və yaxın qonşular - Türkiyə, Rusiya və İranla birlikdə həllini nəzərdə tutur. Bu təşəbbüs həm tarixi, həm də gerçəklik baxımından optimal sabitlik yoludur. Qərbin, əsasən də Fransanın qısqanclığı ilə qarşılanmasına və nəticə etibarilə Ermənistanın bu prosesdən uzaqlaşdırılma cəhdlərinə baxmayaraq, təşəbbüs üç ildən çoxdur ki, davamlılığını sübut edir. Əgər regionda sülhdən danışılırsa, onunla qonşu olan, burada tarixi maraqlara malik dövlətlərin nəzərə alınmaması ağır fəsadlara səbəb ola bilər ki, Ermənistanın düşdüyü mürəkkəb geosiyasi düyün bunun əyani göstəricisidir.

Qafqazın cənubunda Azərbaycanın maraqlarını nəzərə almadan nəinki sülhə nail olmaq, ümumiyyətlə, adi iqtisadi layihəni belə həyata keçirmək mümkün deyil. Ölkəmizin dominant üstünlüyü və söz sahibi olmasının müəllifi məhz Prezident İlham Əliyevdir. Azərbaycan xalqı əsrlərdir bu statusundan məhrum olub. Seçkinin nəticələri göstərir ki, illərdir işğala, təzyiqə, məhdudiyyətlərə və ədalətsizliyə məruz qalan xalq statusundan tamamilə fərqli mövqeyə yiyələnməkdəyik: biz həm bölgəmizin, həm də təmasda olduğumuz coğrafiyanın açarı, söz sahibi olan xalqına çevrilmişik. İlham Əliyevin böyük üstünlüklə qalib olması Azərbaycan xalqının bu geosiyasi rıçaqı ciddi dəyərləndirməsinin göstəricisidir. Qlobal siyasi və iqtisadi oyunçuya çevrilmiş Azərbaycan tək hakim siyasi qüvvənin, yəni dövlətin kursunun nəticəsi deyil, həm də xalq tərəfindən diktə edilən sosial sifarişdir.

İqtisadi çiçəklənmə

Azərbaycan postsovet Qafqazının iqtisadi xilaskarıdır. Əgər Ermənistan özünün ekspansionist siyasəti ilə regional iqtisadi inkişaf önündə bir maneədirsə, qonşu və dost Gürcüstanda bu reallığı daha yaxşı bilir və dəyərləndirirlər. Azərbaycanın nüvəsini təşkil etdiyi neft, qaz, logistika sahələrini əhatə edən iri transmilli layihələr qonşu Gürcüstan üçün həm maddi gəlir mənbəyi, həm də sabitliyin təminatçısı olub. Təəssüf ki, Ermənistan köhnə hakimiyyətləri dövründə olduğu kimi, indi də Azərbaycanın geniş iqtisadi imkanlarından yararlana bilmir. Məsələn, Zəngəzur dəhlizi müasir Ermənistan üçün yeni Bakı-Tbilisi-Ceyhan ola bilər. Ermənilərin il ərzində büdcəyə milyardlarla vəsait gətirə biləcək bu logistik layihədən yararlana bilməmələri onların bir xalq olaraq dövlətçi düşüncədən məhrum olmalarının göstəricisidir.

Prezident İlham Əliyevin yenidən bu posta seçilməsi Rusiya-Ukrayna müharibəsi və Qərb-Moskva qarşıdurmasının dərinləşməsi fonunda Cənubi Qafqazın artan iqtisadi önəminin materiallaşmasının davamı deməkdir. Bölgəmiz dünyanın ən iri nəqliyyat və logistika dəhlizlərindən birinə çevrilir. Əgər bu, II Qarabağ savaşının ardınca, yəni işğal edilmiş torpaqlarımızın azadlığa qovuşması ilə coğrafi üstünlüyümüzün yaratdığı imkanlar hesabına aktuallaşmışdısa, Ukraynadakı hadisələr dünyanın da diqqətinin bu layihələrə yönəlməsinə səbəb oldu. Azərbaycan hələ müharibədən illər öncə inkişaf etmiş yol-nəqliyyat infrastrukturunun qurulmasına nail olub. Dəmir yolu xətləri modernləşir və yük qabiliyyətinin artırılması istiqamətində miqyaslı işlər görülür. Ələtdə tikilmiş yeni limanın əsas missiyası Çindən Qərbə daşınan yük axınında özünə yer etməkdir. Ancaq yeni şərait bizim bu imkanlarımızı daha real edir və əslində, cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin atdığı addımların strateji miqyasını göstərir. 7 fevral seçkisinin nəticələri bu prosesin - “Orta dəhliz”in daha böyük həcmlərdə fəaliyyət göstərməsi üçün təminat deməkdir.

Azərbaycan özünün siyasi gücü, iqtisadi imkanları və hərbi qüdrəti ilə faktordan güc statusuna transformasiya etmiş dövlətdir. Məhz buna görə ölkəmizdə keçirilmiş seçkinin sonucları tək daxili auditoriya deyil, həm də xarici tərəfdaşlar və bölgədə həyati maraqları olan dövlətlər üçün də əhəmiyyətlidir. Azərbaycan bu statusa məhz Prezident İlham Əliyevin ardıcıl siyasi kursu hesabına nail olub. Xalqımızın liderinə yenidən və böyük fərqlə etimad göstərməsi, Azərbaycanın geosiyasi çəkisinin artmasında ardıcıllığın və davamlılığın təmin olunması deməkdir. İqtisadi çiçəklənmə Cənubi Qafqaz üçün yeni sülh erasının başlıca trendi olacaq.

Oxunub: 175
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / dunya / manset

21-11-2023, 11:10

Prezident İlham Əliyev: “Fransa təkcə öz müstəmləkələrində deyil, Cənubi Qafqazda da sabitliyi pozur”

gundem / siyaset / manset

28-10-2023, 18:29

Azərbaycanın Cənubi Qafqaz hədəfi: Sülh və əməkdaşlığa nail olmaq - ŞƏRH

gundem / manset

17-03-2023, 11:16

İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib

gundem / sosial / manset

22-09-2023, 12:18

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:06
    Xəqani Səfərov -70
  • Bu gün, 10:57
    Kürdəmirdə Polis Günü ilə bağlı tədbir keçirildi
  • Bu gün, 10:39
    Nazir Jan Todla görüşdü
  • Bu gün, 10:33
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
  • Bu gün, 10:26
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • Bu gün, 10:14
    Bakteriyalar alimlərə təsirli xərçəng dərmanları yaratmağın yolunu göstərdi
  • Bu gün, 10:08
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Bu gün, 10:03
    Tehranda Xamenei ilə vida mərasimi başladı
  • Bu gün, 09:59
    Paşinyan İrana getdi
  • Bu gün, 09:54
    “AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etdi
  • Bu gün, 09:50
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi
  • Bu gün, 09:45
    Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
  • Dünən, 20:36
    Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
  • Dünən, 20:13
    Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayır
  • Dünən, 15:21
    Missiyanızla 100 yaşayın cənab GENERAL!
  • Dünən, 14:50
    Ədalətin keşiyində keçən şərəfli ömür – Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, əməkdar müəllim İbrahim Quliyevə ehtiramla...
  • Dünən, 12:35
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • Dünən, 12:23
    Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
  • Dünən, 12:20
    “Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
  • Dünən, 12:15
    “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
  • Dünən, 12:10
    Azərbaycan nefti ucuzlaşdı
  • Dünən, 12:05
    II cəhd imtahanında iştirak edəcəklərin nəzərinə!
  • Dünən, 12:01
    Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
  • Dünən, 11:58
    Xameneinin dəfnindən sonra görüşəcəklər
  • Dünən, 11:54
    Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
  • 1-07-2026, 21:59
    Hər ay 800 avro təqaüd almaq şansınız var
  • 1-07-2026, 21:49
    Встреча ветеранов с представителями Правительства Казахстанской Республики.
  • 1-07-2026, 19:08
    Vətənə şərəflə xidmət edən Əziz Hüseynov doğmalarına qovuşdu
  • 1-07-2026, 16:51
    “DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI” layihəsindən
  • 1-07-2026, 16:43
    ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
  • 1-07-2026, 15:06
    Qanunun keşiyində şərəfli xidmət – Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov
  • 1-07-2026, 13:24
    Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
  • 1-07-2026, 13:16
    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
  • 1-07-2026, 11:53
    Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər
  • 1-07-2026, 11:46
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə