• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”

siyaset / manset

2-08-2025, 12:06

“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”
“Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə, regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla davam etdirilməsi, yeni neft-qaz yataqlarının kəşfində birgə səylərin artırılması, qardaş Türkiyə və qonşu Gürcüstanla birgə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına Cənub Qaz Dəhlizi layihəsinin daxil olması ölkəmizin regional və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrdəndir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırır. Coğrafi əhatə baxımından maye qaz deyil, boru kəməri ilə nəql olunan qaza gəldikdə Azərbaycan qlobal səviyyədə aparıcı ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev gələcək planlardan bəhs edərkən bildirir ki, hədəf 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili diqqəti iyul ayında Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlara, əldə edilən razılaşmalara yönəldərək qeyd edib ki, dövlət başçısı İlham Əliyev ilə görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi vurğulayıb: “Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi və Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı. Səfər çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Sözügedən səfərə diqqət yetirməyimiz səbəbsiz deyil. Belə ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə yaşanacaq. İlk dəfə Azərbaycan təbii qazının dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başlanılır. Bu mühüm hadisə təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə olacaq. Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”.
Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan təbii qazı yeni bazara daxil olur: “Ölkəmizin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir. Qeyd edək ki, hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. Göründüyü kimi, Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Yeni tərəfdaşlar, dostlar qazanan ölkəmiz malik olduğu resurslara söykənərək gündəmə gətirdiyi hər bir layihəni birgə səylər əsasında uğurla reallığa çevirir. Qaz ixracının coğrafiyasının genişləndirilməsi, perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionunun da nəzərdən keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Türkiyə vasitəsilə Suriyaya ixrac yeni istiqamətdir. Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər”.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür: “Bugünümüzün reallıqları Azərbaycanın təbii ehtiyatlarının dünyanın enerji xəritəsini dəyişdiyini bir daha təsdiqləyir. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılmasıdır. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılması yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür”.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qazının Suriyaya ixracı enerji diplomatiyamızın növbəti uğurudur: “Ölkəmiz təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir. Azərbaycan həm ixrac imkanlarını, həm də siyasi təsir coğrafiyasını genişləndirir. Hər bir ölkənin iqtisadi müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır. Bu prinsip Azərbaycanın neft strategiyasının başlıca amili kimi bu gün də dəstəklənir və gələcəkdə də nümunə göstəriləcək. Azərbaycanın enerji diplomatiyası özünü doğrultmaqla ölkəmizin iqtisadi potensialının gücləndirilməsində mühüm rola malikdir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin həlli üçün əməkdaşlığa hazırdır və qazandığı təcrübələrin daha geniş miqyasda tətbiqində maraqlıdır”.

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat / manset

21-12-2023, 11:22

Nazir: “Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə fəaldırlar”

gundem / ust / manset

9-05-2024, 11:46

Baş nazir: “Bakı və Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında rol oynayır”

gundem / siyaset / manset

5-06-2025, 12:24

Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır

gundem / siyaset / manset

18-03-2024, 13:26

Dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub

gundem / siyaset / manset

24-06-2025, 18:16

Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:08
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • Bu gün, 10:51
    Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində
  • Bu gün, 10:46
    Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
  • Bu gün, 10:41
    Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu
  • Bu gün, 10:37
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • Bu gün, 10:34
    Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
  • Dünən, 15:24
    “Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • Dünən, 15:18
    Ənənədən müasir yaradıcı təhsilə doğru
  • Dünən, 15:09
    Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
  • Dünən, 13:10
    “Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
  • Dünən, 12:45
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir
  • Dünən, 12:40
    “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası
  • Dünən, 12:34
    Naxçıvanın inkişafı Azərbaycanın inkişafının ayrılmaz hissəsidir
  • Dünən, 12:30
    Naxçıvan: yeni strateji inkişaf məkanı
  • 12-08-2026, 21:17
    Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
  • 12-08-2026, 15:10
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 12-08-2026, 10:47
    Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
  • 12-08-2026, 10:43
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • 12-08-2026, 10:39
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir
  • 12-08-2026, 10:34
    Laçındakı “Simurq” kitabxanası niyə bağlanır? - Açıqlama
  • 12-08-2026, 10:29
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 10:20
    Naxçıvan Sənaye Parkının təməli qoyuldu
  • 12-08-2026, 10:16
    Prezident yeni elektrik avtobuslarına mindi
  • 12-08-2026, 10:12
    “Sabah” pley-offda!
  • 12-08-2026, 10:07
    “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
  • 12-08-2026, 10:04
    “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
  • 11-08-2026, 16:42
    Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
  • 11-08-2026, 12:24
    “Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”
  • 11-08-2026, 11:59
    Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
  • 11-08-2026, 11:52
    “Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
  • 11-08-2026, 11:43
    “Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
  • 11-08-2026, 11:35
    Xalq artisti oğlunun ad gününü belə qeyd etdi
  • 11-08-2026, 10:53
    “Azeronline”da müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
  • 11-08-2026, 10:47
    Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib
  • 11-08-2026, 10:41
    Saatlıda yanğın törədən şəxs saxlanıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə