Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.