Kaspi Təhsil Şirkəti işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna dəstəyini əsirgəmir. Şirkət şiddətli döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 (iyirmi min) manat ianə edib.
Kaspi Təhsil Şirkətinin müəllimləri də təşəbbüs göstərərək 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü şirkət tərəfindən onları təbrik üçün nəzərdə tutulan 10 000 (on min) manat vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsini təklif ediblər. Beləliklə, Kaspi Təhsil Şirkətinin Silahlı Qüvvələrə Yardım Fonduna maddi dəstəyi ümumilikdə 30 000 manat olub.
Kaspi Təhsil Şirkətinin kollektivi hesab edir ki, bu təşəbbüs güclü və yüksək təminatlı Azərbaycan Ordusuna onların sevgisinin paylaşımı və könüllü yardımlaşmasının nümunəsidir.
Eyni zamanda, Kaspi Təhsil Şirkətinin müəllimləri arasında könüllü olaraq cəbhəyə yollananlar var.
Şirkətin kollektivi qüdrətli Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir və hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyir. Kaspi Təhsil Şirkəti Ordumuza maddi və mənəvi dəstəyini bundan sonra da davam etdirəcək.
Qarabağ Azərbaycandır! Qələbə Azərbaycanındır!
"Qafqazinfo"