Paytaxtın Nizami rayonu Gənclər və İdman İdarəsi tərəfindən xalqın vətənpərvərlik ruhunun yüksək tutulmasına xidmət edən "Bayraq aksiyası" çərçivəsində rayonda yerləşən bir neçə bina bayraqlara bürünüb.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Milli Ordumuza dəstək və həmrəylik nümayiş etdirmək məqsədilə rayonda yerləşən bir sıra binalar Azərbaycanın və müharibə vəziyyətində bizə mənəvi dəstək olan qardaş Türkiyənin və Pakistanın dövlət bayraqlarına sarılıb. Bu binalarda dalğalanan bayraqlar xalqımızın həmrəylik rəmzi olmaqla bərabər, həm də Türkiyə və Pakistan dövlətlərinə dərin təşəkkür hissinin təcəssümüdür.
Nizami rayonunun Gənclər və İdman İdarəsi hər kəsi bu aksiyaya fəal qoşulmağa dəvət edir!