Bu gün saat 08:31-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib. 3,1 bal gücündəki zəlzələ hiss edilməyib.